İsrail ordusu Suriyanın Əl-Kunaytra vilayətinin kənd təsərrüfatı bölgəsində yerləşən bir neçə kəndə yenidən daxil olub.
"Report" bu barədə SANA agentliyinə istinadən xəbər verir.
İsrail hərbçilərinin dörd nəqliyyat vasitəsindən ibarət korteji dağıdılmış Əl-Kunaytra şəhərinə daxil olub. Sonra onlar "Əlam dairəsi"ndə müvəqqəti nəzarət-buraxılış məntəqəsi quraraq Şərqi Samdaniya kəndinə doğru hərəkət ediblər və vilayətin şimalındakı Tal-Krum-Caba bölgəsinə çatıb.
Agentliyin məlumatına görə, bundan əvvəl də İsrail qüvvələri vilayətin cənubundakı bir sıra kənd və şəhərlərə daxil olublar.