İsraildə yumşalmanın üçüncü mərhələsi başlayır
00:24 07.03.2021
Dünya
564
İsrail hökuməti 7 mart tarixindən etibarən ölkədə karantin məhdudiyyətlərinin yumşaldılması istiqamətində üçüncü mərhələnin başlanılması barədə qərar qəbul edib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Üçüncü mərhələdə müəyyən məhdudiyyətlərlə restoran, ziyafət salonları, teatr və stadionlar fəaliyyət göstərəcək. Yalnız “yaşıl pasport” - peyvənd sertifikatı olan müştərilərə restoranların daxilində, açıq havada isə istəyən hər kəsə (100 nəfərdən çox olmayaraq – Red) xidmət göstəriləcək. Masalar arasındakı məsafə iki metrdən az olmamalıdır.
Mədəniyyət, idman və ictimai tədbirlər qapalı məkanda keçiriləcəyi təqdirdə iştirakçıların sayı 500 nəfərdən çox olmamalıdır. Açıq havada bu rəqəm 750 olacaq. 10 mindən çox oturacaq tutumlu salonda və stadionda min nəfərə qədər qapalı, 1,5 minə qədər açıq havada ola bilər.
Xüsusi qrafiklə işləyəcək quru sərhəd keçidləri ilə israillilərin və yaşayış icazəsi olanların ölkəyə girişinə icazə veriləcək. Bununla birlikdə İsrailə giriş üçün maksimum kvota gündə 3 min nəfər olacaq və Nəqliyyat Nazirliyinin planına uyğun olaraq bu rəqəm tədricən artırılacaq.
Xaricdən qayıdanlar üçün xüsusi otellərdə müəyyən müddət ərzində qalmaq öhdəliyi ləğv ediləcək və bunun əvəzinə İsrail polisi xaricdən gələrək ev təcrid olunanları daha yaxından izləyəcək.
Koronavirusa yoluxma sayı az olan yerlərdə məktəb şagirdləri və universitet tələbələri təhsillərini elm ocağında davam etdirə biləcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm