İsveç PKK terrorçusunu Türkiyəyə ekstradisiya etdi - FOTO
İsveç PKK terrorçusunu Türkiyəyə ekstradisiya etdi - FOTO
Yusif Nəzərli
11:31 03.12.2022
Dünya
328
İsveç PKK terror təşkilatına üzv olan şəxsi Türkiyəyə ekstradisiya edib.
Bununla da İsveç Türkiyə ilə imzalanmış, terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyasını nəzərdə tutan NATO-ya üzvlük memorandumunun həyata keçirilməsi istiqamətində konkret addım atıb.
Məlumata görə, Türkiyədə 6 il 10 ay həbs cəzası verilən Mahmut Tat 2015-ci ildə İsveçdən sığınacaq üçün müraciət etsə də, rədd cavabı alıb. Bir müddət əvvəl o, İsveç polisi tərəfindən saxlanılıb. Cümə günü axşam saatlarında Tat İstanbula aparılıb, oradan da hökmün icrası ilə bağlı prosedurların aparılması üçün istintaq təcridxanasına göndərilib.
Qeyd edək ki, İsveç tərəfindən terror fəaliyyətinə görə məhkum edilmiş şəxsin Türkiyəyə ekstradisiyası Buxarestdə NATO ölkələrinin xarici işlər idarələrinin rəhbərləri və iki ölkənin xarici işlər nazirlərinin görüşü çərçivəsində keçirilən danışıqlardan iki gün sonra baş tutub. Görüşün yekununda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın İsveçin alyansa qoşulmağa daha qətiyyətli münasibətini və NATO-ya üzvlüklə bağlı memorandumun yerinə yetirilməsi üçün konkret addımlar gözlədiyini bəyan etmişdi.
Mənbə: TASS
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual