İsveç “Şimal axını”nda partlayış törədildiyini təsdiqləyib
Yusif Nəzərli
10:34 18.11.2022
Dünya
518
“Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində baş verən partlayışlar təxribatdır”.
Bunu cümə günü İsveç prokurorluğu təsdiqləyib və qeyd edib ki, istintaq davam edir.
“Baltik dənizində hadisə yerinə baxış zamanı çoxlu sübutlar toplanıb və ərazidə olan hər şey diqqətlə sənədləşdirilib. Bu günə qədər aparılan ekspertizalar aşkar edilmiş yad obyektlərin bir neçəsində partlayıcı maddələrin izlərini göstərir. Hadisə ilə bağlı daha əsaslı nəticələr çıxarmaq üçün ilkin analitik işlər davam edir”, - deyə ibtidai istintaqa cavabdeh olan prokuror Matsa Yunqkvist bildirib.
İsveç prokurorluğu qeyd edir ki, ilkin istintaq çox mürəkkəb və əhatəlidir.
“İşi davam etdirmək üçün dinc və sakit işləyə bilməyimiz vacibdir”, - deyə Yunqkvist əlavə edib.
Xatırladaq ki, sentyabrın 27-də Rusiya qazını Avropaya nəql edən əsas marşrutda - “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində sızma qeydə alınıb. İsveç hökuməti bir gün sonra hadisənin təxribat ola biləcəyini elan edib. Sentyabrın 30-da Danimarka kəmərdə ümumi tutumu 1000 kq trotildən çox olan iki partlayış baş verdiyini bildirib.
Bundan əvvəl, Polşa televiziyası “Şimal axını”nda partlayışın necə baş verdiyini əks etdirən kompüter versiyasını yayımlayıb. Kadrlarda kəmərin üç sualtı dron vasitəsilə partladıldığı görünür.
Mənbə: TASS
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi