İtaliya Prezidenti və Baş naziri Papa XIV Leonu təbrik ediblər
Yusif Nəzərli
04:11 09.05.2025
Dünya
369
İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonu təbrik ediblər.
AZƏRTAC xəbər verir ki, Sercio Mattarella Papa XIV Leoya ünvanlandığı məktubda İtaliya xalqı adından pontifikatın uzun və məhsuldar olmasını arzulayıb. İtaliya Prezidenti hər bir insanın Papa XIV Leonun duasından və mehriban yaxınlığından məhrum qalmayacağına əminliyini ifadə edib.
O qeyd edib ki, dünyanın çox hissəsinin qeyri-insani münaqişələrlə sarsıldığı və günahsız insanların bu vəhşiliyin ən ağır nəticələrinə məruz qaldığı bu tarixi məqamda bütün insanlar üçün toxunulmaz hüquqların, ləyaqət və azadlığın təminatı əsasında sülhə əsaslanan dünya və xalqlar arasında birgəyaşayış baxışını təşviq etmək üçün İtaliya Müqəddəs Taxt-Tac ilə daha da möhkəm əlaqələr qurmağa sadiq qalacaq.
Baş nazir Ciorcia Meloni də Papa XIV Leoya göndərdiyi məktubda ona İtaliya hökuməti adından təbriklərini çatdırıb. Bildirib ki, İtaliya və Avropa sivilizasiyaları insanın mərkəzdə, həyatın müqəddəs, insanların azad və bərabər ləyaqətə malik olduğu, dövlət və kilsənin fərqli, lakin bir-birinə hörmət etdiyi və birlikdə böyüdüyü bir dünya təsəvvür etməyə imkan verən sintezdir. İtaliyalılar Tanrının kəlamından gələn tükənməz sevgi, mərhəmət və ümid mesajından qaynaqlanan mənəvi və əxlaqi hakimiyyəti tanıyaraq bir bələdçi və istinad nöqtəsi kimi Papa və kilsəyə baxacaqlar.
Xatırladaq ki, ABŞ-dan olan 69 yaşlı kardinal Robert Fransisk Prevo Vatikanda keçirilən konklavın (seçki) ikinci günündə - mayın 8-də üçüncü səsvermə nəticəsində yeni - 267-ci Papa seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Ukrayna NATO-ya məxsusdur
15:59 07.07.2026
Dünya
Ərdoğan Donald Trampı Ankara hava limanında qarşılayıb - YENİLƏNİB
15:57 07.07.2026
Gündəm
Von der Lyayen: Türkiyə NATO-da hər zaman əhəmiyyətli rol oynayıb
15:55 07.07.2026
Siyasət
Bred Pitt gənc sevgilisi ilə ilk rəsmi paylaşımını etdi
15:18 07.07.2026
Şou
Mark Rutte: Transatlantik hərbi-sənaye inqilabının ərəfəsindəyik
15:03 07.07.2026
Gündəm
Trampın təyyarəsi Ankaraya enib
14:43 07.07.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:54 07.07.2026
Gündəm
Ukrayna Rusiyanın 8 tankerini vurdu
13:49 07.07.2026
Dünya
Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə
13:44 07.07.2026
Ölkə
Türkiyənin hərbi üstünlüyünün sirri... - Gülər
13:32 07.07.2026
Gündəm
Buna görə cərimələr müəyyənləşir
13:28 07.07.2026
Gündəm
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə