Kallas: Gürcüstan Aİ istiqamətində addımlamır

“Biz Gürcüstan hökumətini deyil, gürcü xalqını dəstəkləyirik”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə keçirilən Aİ liderlərinin sammiti öncəsi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti ölkəni Aİ-yə doğru olmayan yanlış istiqamətdə aparır.

“Buna görə də biz gürcü xalqına qətiyyətlə bəyan edirik ki, biz onlarlayıq. Lakin hökumət yanlış addımlar atdığı müddətcə biz Gürcüstanın namizəd ölkə statusu alması prosesində irəliləyə bilməyəcəyik”, - Kallas əlavə edib.