Keçmiş britaniyalı diplomat: Fransadakı seçkilər Ukraynaya dəstəyi dəyişə bilər

Böyük Britaniyanın Rusiyadakı keçmiş səfiri İen Praud Fransada keçiriləcək prezident seçkilərinin Ukrayna münaqişəsi ilə bağlı Avropanın siyasətinə ciddi təsir göstərə biləcəyini bildirib.

Sherg.az xəbər verir ki, Praudun sözlərinə görə, növbəti seçkilərdə Marin Le Penin qələbə qazanmaq şansı yüksəkdir. O hesab edir ki, bu, təkcə Fransanın daxili siyasətinə və Avropa İttifaqı ilə münasibətlərinə deyil, həm də Avropanın Ukrayna münaqişəsinə yanaşmasına təsir göstərə bilər.

Keçmiş diplomat Rusiyanın hərbi əməliyyatları davam etdirmək üçün kifayət qədər resurslara malik olduğunu iddia edib. Onun fikrincə, Prezident Emmanuel Makronun siyasi səhnədən getməsindən sonra Avropanın Ukraynaya dəstək imkanları zəifləyə bilər.

Bundan əlavə, The Telegraph qəzeti Fransanın "istəklilər koalisiyası"ndan uzaqlaşacağı təqdirdə bu formatın dağılmaq riski ilə üzləşə biləcəyini yazıb. Məqalədə yer alan fikirlər ekspertlərin və media orqanlarının qiymətləndirmələrini əks etdirir.