KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb
Yusif Nəzərli
12:27 25.01.2025
Dünya
461
Almaniyalı mühəndis Rüdiger Koh sualtı polad kapsulda 120 gün yaşayaraq dünya rekordu qırıb.
“Report” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Qeyd edək ki, o, Panamanın sahillərində 11 metr dərinlikdə yerləşdirilmiş sualtı kapsulda yaşayırdı. Yanvarın 24-də o, səthə çıxıb və Ginnesin Rekordlar Kitabının sertifikatını alıb.
"Bu, yuxudan oyanmaq kimidir", - 59 yaşlı almaniyalı bildirib.
O qeyd edib ki, suyun altında yaşamaq çətin olub - temperatur daim 28 dərəcə səviyyəsində olub. Almaniyalı mühəndisin sözlərinə görə, çətinlikləri dəf etməyə iş layihələri, yaxşı şərab və viski kömək edib.
R.Koh dünya okeanının vəziyyətinə ictimaiyyətin diqqətini cəlb etmək üçün bu rekorda getməyə qərar verib.
"Biz dənizi nəqliyyat yolu, döyüş meydanı, zibil qabı kimi istifadə edirik. Əgər onu evimiz kimi qəbul etsək, onda onun indiki vəziyyəti bizim üçün qəbuledilməz olacaq", - o vurğulayıb.
Almaniyalı mühəndis bildirib ki, qısa istirahətdən sonra rekordunu yeniləmək üçün yenidən kapsula qayıtmağı planlaşdırır.
Qeyd edək ki, əvvəlki rekord 2024-cü ildə amerikalı dalğıc Cozef Dituri tərəfindən müəyyən edilmiş 100 gün idi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya