KİV: İranın keçmiş Prezidenti və keçmiş XİN rəhbəri həbs edildi

İranın keçmiş Prezidenti Həsən Ruhani və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifi həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə "First Middle East" Telegram kanalı məlumat yayıb.

"Ruhani və Zərif Qərblə sıx əlaqələrin tərəfdarı olan radikal islahatçılar qrupunun üzvləridir. Hər iki siyasətçi İranda 2015-ci ildə əldə edilən çox məşhur nüvə sazişinə görə məsuliyyət daşıyır. Mühafizəkar həmvətənləri onları xain hesab edirlər" - məlumatda bildirilir.

Ruhani və Zərfiyanın həbsi xəbəri rəsmi olaraq təsdiqlənməyib.

"Cedaal" tok-şousunda parlament üzvü Əbülqasim Cərrərə və digər tanınmış siyasətçi Meysəm Nadi məlumatı təsdiqləyiblər.