KİV: İstanbulda Rusiya-Ukrayna danışıqlarının baş tutub-tutmayacağı bəlli deyil

Rusiyanın Ukrayna ilə mümkün danışıqları bütün yay boyu uzatması, yeni irimiqyaslı hücuma keçməsi, ABŞ və Avropanın dərhal və qeyd-şərtsiz atəşkəs çağırışlarından yayınması riski var.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” yazır.

Amerika nəşri bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin son bəyanatları və danışıqları gecikdirmək üçün taktikası sübut edir.

Məqalədə deyilir: “Putin incə xətlə gedir: sülh danışıqlarının uğursuzluğu ilə bağlı ittihamlardan yayınmağa çalışır, eləcə də Prezident Trampa gələcəkdə danışıqlarda irəliləyiş olmadığı təqdirdə Ukraynaya silah və kəşfiyyat məlumatlarının verilməsini dayandırması üçün şərait yaradır”.

Nəşr xatırladır ki, Ukrayna və Rusiya nümayəndə heyətləri mayın 15-də (bu gün) Türkiyəyə gəliblər. Ancaq Ukrayna ilə Rusiya arasında 2022-ci ilin yazında keçirilmiş ilk birbaşa danışıqlardan sonra yenisinin baş tutub-tutmayacağı hələ də bəlli deyil, çünki Rusiya İstanbula nazir müavinləri və ekspertlərdən ibarət aşağı səviyyəli nümayəndə heyəti göndərib.