KİV: Mahmud Abbas BMT Baş Assambleyasının iclasında Fələstin dövlətini elan edəcək
10:50 10.08.2025
Dünya
303
Fələstin rəhbərliyi Fələstin Muxtariyyətini dövlətə çevirmək imkanını ciddi şəkildə nəzərdən keçirir və bu barədə 2025-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasında birtərəfli qaydada bəyan edə bilər.
"Report" xəbər verir ki, bu barədə "Al-Araby Al-Jadeed" nəşri anonim mənbəyə istinadən məlumat yayıb.
“Mənbənin sözlərinə görə, rəhbərlik prezident Mahmud Abbasın BMT Baş Assambleyasının konfransı zamanı Fələstin Muxtariyyətini birtərəfli qaydada dövlətə çevirdiyini elan etməsi imkanını nəzərdən keçirir”, – deyə məlumatda bildirilir.
Mənbənin sözlərinə görə, bu addımdan əvvəl Fələstin Prezidenti tərəfindən konstitusiya bəyanatı verilməli və Fələstin Milli Şurasına seçkilərin dəqiq tarixi müəyyən edilməlidir. O qeyd edib ki, rəsmi bəyanat prezident Mahmud Abbas tərəfindən yayımlanacaq və dövlətin sərhədlərini, xarakterini, mahiyyətini və əsaslarını – Fələstin Konstitusiyası qəbul edilməmişdən əvvəl – təsdiqləyəcək.
Qeyd olunur ki, Fələstin Muxtariyyətinin dövlətə çevrilməsi barədə bəyanat, ehtimal ki, ilin sonuna qədər keçiriləcək Fələstin Milli Şurasına seçkilərdən əvvəl verilə bilər.
Muxtariyyətin dövlətə çevrilməsi vaxtı ilə bağlı mənbə bildirib:
“Bu məsələ hələ 2015-ci ildə araşdırılıb və gündəmə gətirilib, lakin prezident Abbas bu prosesi səbəb göstərmədən dayandırmışdı. Lakin düşünürəm ki, prezidentin bu məsələyə, yəni muxtariyyətin dövlətə çevrilməsi ideyasına bu gün qayıtmasının iki səbəbi var: birincisi, Fələstin Dövlətinin beynəlxalq səviyyədə tanınması istiqamətində uğurlu kampaniyadan yaranan impulsdan istifadə etmək; ikincisi, İsrailin işğal olunmuş İordan çayının Qərb sahilini anneksiya (birləşdirmə - red.) etmək qərarına cavab verməkdir. Bu səbəbdən rəhbərlik qarşısında vacib sual dayanır: nə üçün biz İsrailin bütün təhdidlərini reallaşdırmasını və Qərb sahilini tam şəkildə işğal etməsini gözləməliyik?”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm