KİV: Rusiya-Ukrayna danışıqlarının ikinci raundu İstanbulda keçirilə bilər

Rusiya-Ukrayna danışıqlarının ikinci raundu da İstanbulda keçirilə bilər.

APA-nın xəbərinə görə, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, İstanbul hazırda Rusiya-Ukravyna danışıqlar üçün ən münasib məkundır. Bildirilib ki, Vatikan bir sıra səbəblərdən Ukrayna-Rusiya danışıqları üçün belə məkan olmaq istəmir və ən mümkün variant İstanbuldur.

Bununla bağlı detalların yaxın vaxtlarda elan olunması gözlənilir.