KİV: Suriya Prezidenti 58 ildən sonra ilk dəfə ABŞ-yə səfər edəcək

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa BMT-nin tribunasından çıxış etmək üçün sentyabrda ABŞ-yə səfər edəcək.

APA xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, bu, 1967-ci ildən sonra ABŞ-yə Suriya lideri səviyyəsində ilk rəsmi səfər olacaq.