Kiyevdəki Azərbaycan vətəndaşı:“Uşaqlar və hamilə qadınlar dağıntılar altında qalıb”
Yusif Nəzərli
16:50 02.03.2022
Dünya
547
“Yeddi gündür dostlarımızla birlikdə yaşayırıq. Özümüzə yemək, su alırıq, əlavə olaraq könüllülər hərəkatı təşkil etmişik”.
Bunu Media.Az-a Kiyevdə yaşayan Azərbaycan vətəndaşı Kamilla Yudina deyib.
Onun sözlərinə görə, səhər səkkiz nəfərlik qruplar halında mağazaya gedirlər, ehtiyac duyduqları hər şeyi alırlar. Həm özləri həm də hərbçilər və müdafiəçilər üçün...
“Belə bir imkanı olan hər kəs kömək edir: kimsə çörək bişirir, kimsə molotov kokteyli hazırlayır, kimsə uşaqlara və ehtiyacı olanlara yemək və su çatdırır ... Hamı bununla məşğuldur. Hər kəs öz evini qorumaq üçün çalışır”, - deyə o izah edib.
Yudina deyir ki, Ukraynaya müxtəlif ölkələrdən könüllülər gəlir.
“Belaruslar burada öz hərəkatını təşkil etdilər və bu hərəkata Ukrayna ilə döyüşmək istəməyənləri qoşulmağa çağırdılar. Bundan əlavə, Kadırovçuları qəbul etməyən çeçenlər Ukraynanın tərəfində vuruşurlar”, - o, bildirib.
Qadının sözlərinə görə, Kiyevdə mağazalarda ərzaq və su hələ də mövcuddur. “Ancaq sabah nə olacağını bilmirik, ona görə də hər gün artıqlaması ilə məhsulları alırıq”, - o deyib.
Xanım qeyd edib ki, Ukraynanın bir çox şəhərləri dəhşətli şəkildə bombalanır və hər yerdə dinc sakinlər əziyyət çəkir, evlər dağıdılır, talelər dağılır...
“Dünən biz Xarkova necə raket yağdığını gördük... Rus əsgərləri harasa atəş açır, yaşayış binalarını vurur, insanlar ölür... Xarkovda Svoboda meydanına raket düşüb, binanın yarısı dağılıb. Evimin yaxınlığında bir televiziya qülləsi partladı, ikinci raket isə camaata dəydi, getdiyim idman zalı yandı. Raket Holokost qurbanlarının xatirəsinə abidənin yerləşdiyi Babi Yarın yaxınlığına düşüb. Burada almanlar İkinci Dünya Müharibəsi zamanı yəhudiləri və ukraynalıları kütləvi şəkildə güllələyiblər”, - deyə Kamilla bildirib.
Kamilla Yudina deyir ki, Rusiya hərbi texnikası yaşayış məntəqələrinə daxil olur və hərbi hissələrə, mühüm strateji obyektlərə raketlər atmağa başlayır, onlar qaçan insanları vurur, yaşayış binaları, uşaqlar və hamilə qadınlar binaların dağıntıları altında qalır... Uşaqlar metroda və bunkerlərdə doğulur, xəstəxanalarda bir çox ağır xəstələr demək olar ki, dərmansız qallıb.
“Bu yaxınlarda balkona çıxdım və gözümün önündə bir raket havaya qalxdı, qorxulu idi, yerimdən tərpənə bilmirdim, sadəcə onun şəhərin başqa bir yerinə enişinə baxırdım. Biz artıq həyəcan siqnallarına öyrəşmişik, yuxuya gedirik və onların səsinə oyanırıq”, - deyə o, qeyd edib.
K.Yudina Rusiya mətbuatında şəhərdə dəhşətli talanların olması, guya pulemyotlu qanqsterlərin ukraynalılara atəş açması ilə bağlı şayiələri şərh edib.
“Bu yalandır. Pulemyotlarla yalnız ərazi müdafiəsinə yazılanlar gəzir. Bu insanların bütün əlaqələri və məlumatları hərbi komissarlıqda və dövlət orqanlarındadır. Heç kimə eləcə silah paylamır”, deyə o, yekunlaşdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Muxtar Məmmədov vəfat etdi
09:50 16.11.2026
Cəmiyyət
Məktəblərdə payız tətili başladı
09:41 16.11.2026
Elm və Təhsil
Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu
08:48 16.11.2026
Cəmiyyət
Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
08:20 16.11.2026
Şou
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm