Köçəryan Paşinyanın impiçmenti gündəmi ilə komandasını topladı
Yusif Nəzərli
06:34 02.05.2025
Dünya
389
Dünən parlamentdəki “Ermənistan” fraksiyası bu blokun lideri, sabiq prezident Robert Köçəryanın rəhbərliyi ilə toplanıb.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Erməni nəşri yazır ki, bir neçə saat davam edən iclasdan sonra mətbuata heç bir bəyanat verilməyib:
“Fraksiyadan bizə bildirilib ki, bu, sadəcə, adi iclas idi, sədr (Köçəryan) mütəmadi olaraq fraksiya iclaslarında iştirak edir. Toplantıda parlamentin növbəti iclasları öncəsi fraksiyanın strategiyası və fəaliyyəti müzakirə olunub.
Bizə o da deyilib ki, fraksiya daha radikal mövqe tutmaq qərarına gəlib”.
Ətraflı
Söhbət parlamentdə Ermənistan Baş naziri Nikol Paşinyana qarşı impiçment prosesinin başladılmasından gedir.
Blokdan “Hraparak”a bildirilib ki, fraksiya bu barədə mövqeyini daha əvvəl açıq şəkildə bəyan edib:
“Fraksiyanın deputatı Artur Xaçaturyanın sözlərinə görə, əgər təşəbbüskarlar hakim “Vətəndaş Müqaviləsi” Partiyasının 10-15 üzvünün imzasını ala bilsələr və kütləvi etiraz aksiyaları təşkil edə bilsələr, o zaman bu haqda danışmaq olar”.
Nikol Paşinyana qarşı impiçment kampaniyasının təşkilatçıları sabiq səfir Edqar Qazaryan və “Veto” hərəkatının rəhbəri Narek Malyandır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm