Latviya XİN: “Stalinin varisləri məğlub edilməlidirlər” - FOTO
Yusif Nəzərli
11:12 26.11.2022
Dünya
355
“Rusiya Qolodomordan 90 il sonra ukraynalılara qarşı yeni soyqırımı törədir”.
Bu barədə Latviya xarici işlər naziri Edqars Rinkeviçs “Twitter” hesabında paylaşım edib.
O, Stalinin varislərini məğlub etməyə çağırıb.
“Bu gün biz Qolodomor zamanı Stalin rejimi tərəfindən öldürülən milyonlarla ukraynalının xatirəsini ehtiramla yad edirik. 90 ildən sonra Rusiya yenidən ukraynalılara qarşı genişmiqyaslı soyqırımına başladı. Gələcəkdə belə faciələrin qarşısının alınması üçün Stalinin varislərini indi məğlub etməliyik”, - deyə Rinkeviçs qeyd edib.
Ukrayna Xarici İşlər Nazirliyi bu gün beynəlxalq tərəfdaşları 1932-1933-cü illər Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanımağa çağırıb. Həmçinin Rusiya tərəfindən növbəti hərbi cinayətlərin, insanlığa qarşı cinayətlərin və soyqırımının qarşısının alınması üçün çağırış edib.
Bu arada Almaniya Bundestaqında Qolodomorun soyqırımı kimi tanınması üçün sənəd hazırlanıb və gələn həftə səsvermənin olacağı bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi