Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Ukrayna məsələsində nə müvəqqəti həll variantlarına, nə də ultimatum xarakterli tələblərə razılaşacağını bəyan edib.
Sherg.az-ın məlumatına görə, Lavrov bildirib ki, Rusiya qısamüddətli qərarları qəbul etmək niyyətində deyil və yalnız ölkənin prinsipial şərtlərini nəzərə alan həll yollarını müzakirə edə bilər. Onun sözlərinə görə, Moskva xarici təzyiq altında hərəkət etməyəcək və Rusiyaya hazır ssenarilərin diktə olunmasını qəbuledilməz hesab edir.
Nazir daha əvvəl də Ukrayna böhranının diplomatik yollarla həllinin mümkün olduğunu vurğulamışdı.