"Lavrovun Gürcüstana çağırışı normaldır"
Turan
05:10 03.09.2021
Dünya
597
Samir Hümbətov: "Kremldə hesab edirlər ki, torpaqların qaytarılması Gürcüstanın tamamilə itirilməsi, Qərbin regiona nüfuz etməsi ilə nəticələnə bilər"
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Rusiya-Gürcüstan münasibətlərinin bərpası ilə bağlı şərtləri açıqlayıb. XİN rəhbəri bildirib ki, əgər Gürcüstan Rusiya ilə qonşu kimi normal yaşamaq istəyirsə, Moskva münasibətləri bərpa etməyə hazırdır. O qeyd edib ki, əgər Gürcüstan həqiqətən də Qərbin himayəsini qorumaq üçün Rusiya kartını oynamasa, eyni zamanda, qonşu kimi normal yaşamaq istəsə, Rusiya münasibətləri hər an bərpa etməyə hazırdır.
Lavrovun açıqlamasını “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov bildirib ki, Rusiya XİN başçısının məhz indiki vaxtda belə açıqlama verməsi təbii və normaldır. Analitik deyib ki, həm Gürcüstana, həm də Ukraynaya görə, Qərb ölkələrinin Rusiyaya təzyiqləri artmaqdadır:
“Bununla paralel olaraq çoxsaylı sanksiyalar da tətbiq edilir. Kreml fərqindədir ki, Gürcüstan və Ukrayna yavaş-yavaş Qərbə inteqrasiyanı sürətləndirir. Digər tərəfdən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan “altılıq” platformasını təklif etdi və Gürcüstanı orada görmək istədiyini vurğuladı. “Altılıq” platforması əslində Rusiya üçün daha çox əhəmiyyətlidir. Əgər Tiflis bunu qəbul edərsə, Moskvanın əl-qolu açılacaq. O baxımdan Gürcüstan Rusiya ilə birlikdə hər hansı platformada yer almaq fikrində deyil. Çünki Gürcüstanın ərazisi hələ də işğal altındadır. Faktiki olaraq Abxaziya və Osetiya Rusiya tərəfindən zəbt olunub. Əgər bu ərazilər Gürcüstanın suverenliyinə qayıdarsa, yalnız ondan sonra birgə əməkdaşlıq və normal qonşuluq münasibətləri baş tuta bilər. İndiki halda isə bu, mümkün görünmür. Çünki Rusiyanın Gürcüstana güzəştə getmək niyyəti yoxdur”.
Siyasi şərhçiyə görə, Kremldə hesab edirlər ki, torpaqların qaytarılması Gürcüstanın tamamilə itirilməsi, Qərbin regiona nüfuz etməsi ilə nəticələnə bilər:
“Bu da Cənubi Qafqazın əldən çıxmasına səbəb olar. Ziddiyyətlər kifayət qədər dərindir. Hətta qarşıdakı dönəmlərdə münaqişənin aktiv fazaya keçmə ehtimalı da var. Lavrovun açıqlamasının arxasında isə Qərbin Rusiyaya təzyiqləri və sanksiyaların çoxalması dayanır. Baş diplomat vəziyyəti bir qədər yumşaltmağa, Rusiyanı sığortalamağa çalışır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə