Ankarada keçirilən NATO sammiti yekunlaşdıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edən avropalı liderlərə üzərində adlarının həkk olunduğu tapançalar və döyüş patronları hədiyyə edib.
Oxu.Az bildirir ki, bu barədə mənbələrə istinadən ilk olaraq "Politico" nəşri məlumat verib.
Daha sonra siyasətçilərin nümayəndələri hədiyyələrin alındığını təsdiqləyiblər, Macarıstanın Baş naziri Peter Madyar isə "X" sosial şəbəkə hesabında tapançanın fotosunu paylaşıb.
"NATO sammitində Prezident Ərdoğandan qeyri-adi hədiyyə: patronlarla birlikdə üzərində adımın yazıldığı "Magnum" revolveri..." - deyə o qeyd edib.