Mari Bjerre: Ukraynanın təhlükəsizliyi üçün təkcə Avropa İttifaqı kifayət deyil

Danimarkanın Avropa məsələləri üzrə naziri Mari Bjerre Euronews-ə verdiyi müsahibədə bildirib ki, Ukraynanın gələcək təhlükəsizliyi yalnız Avropa İttifaqına üzvlüklə təmin oluna bilməz.

Sherg.az xəbər verir ki, Onun sözlərinə görə, Aİ-yə qoşulmaq şübhəsiz ki, Ukraynanın sabitliyi və uzunmüddətli təhlükəsizliyi üçün mühüm addımdır, lakin bu, tam cavab deyil.

Nazir vurğulayıb ki, ABŞ vasitəçiliyi ilə aparılan sülh danışıqlarında Ukraynanın 2027-ci ildən Aİ-yə üzv olması ehtimalı gündəmə gətirilsə də, Brüssel bu cür sürətli vaxt cədvəlinə skeptik yanaşır. Çünki Aİ dəfələrlə qeyd edib ki, üzvlük prosesi yalnız “layiqlilik” prinsipi əsasında mümkündür.

“Ukraynanın Aİ-yə üzvlüyü sülh danışıqlarının bir hissəsi kimi müzakirə olunmalıdır. Bu, ölkənin sabitliyi üçün vacibdir. Amma təhlükəsizlik zəmanətləri məsələsinə gəldikdə, üzvlük təkbaşına kifayət etmir”, - Mari Bjerre deyib.