Məkkəyə hücumun qarşısı alındı

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Məkkə şəhərinin cənubunda hava məkanına daxil olmamış “Ənsarallah” Hərəkatına (husilər) məxsus dronu sıradan çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü Türki əl-Maliki bildirib.

O vurğulayıb ki, Məkkə İslamın ən müqəddəs məkanlarına ev sahibliyi edir və Həcc mərasiminin keçirildiyi mərkəzdir, bu şəhərin təhlükəsizliyi qırmızı xətdir.

Əl-Maliki vurğulayıb ki, bu, husilərin son həftələrdə ballistik raket atdıqdan sonra Məkkəyə ikinci hücum cəhdidir.

Səudiyyə Ərəbistanı ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatı da “Ənsarallah”ın Məkkəyə hücum cəhdinə görə pisləyib.

Ər-Riyad Məkkə ilə bağlı təhlükəsizlik xəbərdarlığı edib.