Meloni: Aİ Rusiyanın digər ölkələrdəki aktivlərinə diqqət yetirə bilər

İtaliyanın Baş naziri Corcia Meloni Rusiyanın dondurulmuş aktivləri məsələsində diqqətin yalnız Belçikədə deyil, digər ölkələrdə saxlanılan vəsaitlərə də yönəldilməsinə çağırıb.

APA xəbər verir ki, bu barədə Politico məlumat yayıb.

Meloninin sözlərinə görə, əgər Rusiya aktivlərindən istifadə ilə bağlı qərar qəbul edilərsə, diqqəti yalnız bir quruma, xüsusilə "Euroclear"a cəmləmək məqsədəuyğun olmaz.

O bildirib ki, tərəfdaş ölkələrin maliyyə sistemlərində də Rusiya aktivləri mövcuddur.

İtaliyanın Baş naziri həmçinin qeyd edib ki, Rusiya aktivlərinin taleyi ilə bağlı yekun qərarı Avropa liderləri qəbul etməlidir.