Moskva-Vaşinqton qarşıdurması: Gürcüstandakı seçkilər regionun gələcək taleyi ilə bağlı kritik rol oynayır -ANALİZ
11:14 06.09.2024
Dünya
797
Gürcüstanda parlament seçkiləri rəsmi olaraq oktyabrın 26-na təyin edilib. Baş Nazir İrakli Kobaxidzenin sentyabrın 4- də keçirdiyi mətbuat konfransındakı çıxışında dediyi sözlər isə maraq doğurub. Ölkədə istənilən süni iğtişaşı yaratmağa cəhd edənlərin ciddi şəkildə cəzalandırılacağını vurğulayan baş nazirin çıxışından belə çıxıb ki, Qərb dairələri ölkədəki vəziyyəti qarışdırmaq niyyətindədirlər. Maraqlıdır, seçkilərdə hansı proseslər gözlənilir?
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Turab Rzayev Gürcüstandakı seçkilərin kritik keçəcəyini bildirib:
"Bu dəfəki seçkilər kritik olacaq. Çünki Gürcüstanda siyasi həyat kifayət qədər qütübləşib. Hakimiyyət Rusiyaya və Çinə yaxınlaşmaq yolu alıb. Hətta Gürcüstanın son 30 ildə Qərbə inteqrasiyası Avropa İttifaqının və NATO- nun üzvü olmaq planlarını təxirə salınıb. Gürcü hakimiyyəti Rusiya və Çinlə viza rejimini ləğv edir, iqtisadi inkişafı artırır, iqtisadi- siyasi əlaqələri gücləndirir. Digər tərəfdən isə müxalifəti zəiflətməyə çalışaraq ölkəyə daxil olan maliyyəyə, QHT- lərə nəzarət etmək istəyir. Müxalifət və vətəndaş cəmiyyəti isə hökumətin siyasətinə qarşı çıxırlar. Həm Rusiya və Çinə yaxınlaşaraq Qərbdən uzaqlaşmaq siyasətinə, həm də "Xarici agentlər" haqqında qanuna etiraz edirlər. ABŞ-nin,eləcə də Qərb dövlətlərinin müxalif qüvvələri dəstəkləyəcəyi artıq bəllidir. Hətta rəsmi Vaşinqton açıq şəkildə Gürcüstan hökumətinin bəzi üzvlərinə sanksiyalar qoyub. Eyni zamanda Avropa İttifaqı və digər təşkilatlar müəyyən yardımlarını dayandırıblar, bundan sonra da dayandıracaqlar. Bir sözlə Gürcüstanda Şərq- Qərb qarşıdurması gedir. Rusiya ilə ABŞ arasında açıq şəkildə Gürcüstan uğrunda mübarizə var və burada Rusiya hakimiyyəti, ABŞ isə müxalifəti dəstəkləyir. Buna görə də Gürcüstanda çox gərgin parlament seçkiləri olacaq. Seçkilərdə müxalifətin qalib gəlməsi şansının çox az olacağını düşünürəm. Digər tərəfdən müxalifət qalib gəlməyə yaxın olsa belə hakimiyyət əlində olan inzibati ressurslarından istifadə edərək onun qələbəsini tanımayacaq".
Ekspert seçkilərin ikinci tura saxlanılması ehtimalından da danışıb. O, bildirib ki əgər belə bir hal olarsa bunu hakimiyyətə sərfəli bir şəkildə həyata keçirəcəklər:
"Ancaq istənilən halda "Gürcü Arzusu" partiyası çox kəskin danışır. Faktiki olaraq hakimiyyətə daha güclü şəkildə gələcəklərini bildirirlər. Hətta "Gürcü Arzusu" partiyası tək partiyalı sistemi təklif edib. Tək partiyaların funksional olmadığını, buna görə də "Gürcü Arzusu" partiyasının ölkəni idarə etməli olduğunu bildirib. Müxalifət qüvvələri isə açıq şəkildə hakimiyyətə mübarizə göstərəcəklər. Ancaq böyük ehtimal məsələ tək parlamentlə yekunlaşmayacaq, küçə iğtişaşları da olacaq. Böyük ehtimalla müxalifət iqtidarın qələbəsini tanımayacaq, iqtidar da müxalifətin küçə etirazlarını dağıtmağa çalışacaq. Aydın məsələdir ki, hökumət də heç bir halda geri addım atmayacaq. Rusiya xarici kəşfiyyata artıq məlumat verib ki, Gürcüstanda yeni bir dövlət çevrilişi, rəngli inqilab, Ukraynadakı kimi bir Maydan ola bilər. ABŞ və Avropa ittifaqı hökumətə qarşı belə bir hərakatı dəstəkləyəcək. Rusiya da hökuməti dəstəkləməyə çalışacaq. Ona görə də Rusiya- ABŞ qarşıdurması olacaq".
T.Rzayev sonda vurğulayıb ki, Gürcüstanda hadisələrin gedişatı Rusiya- Ukrayna müharibəsi ilə hansısa şəkildə əlaqəlidir:
"Gürcüstanda ABŞ qalib gələrsə, o zaman Rusiya Ukraynada daha da sıxılacaq. Rəsmi Moskvanın hərbi mübarizəsi daha çətin olacaq. Əksinə Gürcüstanda Rusiya qalib gələrsə, o zaman Şimal qonşumuzun nüfuzu təkcə Ukraynada deyil, bütün Qafqazda güclənəcək. Bu da Qərbpərəst Ermənistan üçün çətin ovəziyyətin başlanğıcı deməkdir. Mərkəzi Asiya ölkələri Rusiyaya sadiq olmağa çalışacaqlar, ondan daha çox çəkinəcəklər və digər Avropa ölkələri Rusiyaya daha loyal münasibət göstərəcəklər. Gürcüstandakı seçkilər regionun gələcək taleyi ilə bağlı kritik rol oynayır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
06:26 25.09.2026
Region
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual