
Müharibəni sonlandırmaq Trampın 24 saat ərzində görə biləcəyi iş deyil -AKTUAL
11:30 24.01.2025
Dünya
490
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə dərhal görüşmək istədiyini bildirib. Bu barədə “Röyters” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Tramp jurnalistlərə onu da bildirib ki, Vladimir Zelenski ona Ukrayna münaqişəsinə son qoymaq üçün razılıq əldə etməyə hazır olduğunu deyib. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin yanvarın 24-nə keçən gecə gözlənilmədən Kremlə gəlib. Bu barədə “Putin Telegram-da” teleqram kanalı məlumat yayıb. Nəşrin məlumatına görə, Putin ABŞ prezidenti Donald Trampla telefon danışığına hazırlaşır.
Həmçinin bir müddət əvvəl D.Tramp Davos İqtisadi Forumunun iştirakçılarına videomüraciətində Putinlə təcili olaraq telefonla danışmaq istəyini bildirmişdi.
Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a söyləyib ki, Donald Tramp seçkiqabağı açıqlamalarında hakimiyyətə gəldikdə bir sutka ərzində Ukrayna-Rusiya savaşını dayandıracağını söyləmişdi:

“Ona görə də hər kəs həmin vaxtın keçməsini gözləyirdi. Hətta, Donald Trampa sual verdilər ki, 24 saat ərzində bu problemi həll edəcəynizi söyləmişdiniz bəs nə oldu? Donald Tramp da ironika ilə vaxtın sadəcə olaraq yarısı keçib və zaman tamam olanda gələrsiniz şəklində açıqlama vermişdi. Bütün bunlar göstərir ki, Ukrayna-Rusiya müharibəsinin taleyini həll etmək Donald Trampın 24 iş saatı ərzində görə biləcəyi iş deyil. Təbii ki, Donald Tramp Rusiya tərəfinə söyləyə bilər ki, müharibəni davam etdirsən Ukraynaya daha çox yardım göstərəcəyik. Ukrayna tərəfinə də eyni şəkildə təklif ünvanlaya bilər ki, savaşı dayandırmasaz dəstək göstərməyə davam etməyəcəyik. Yəni hər iki tərəfə biri-birinə ziddiyətli təkliflər edərək savaşı saxlamaq planı bir çox ukraynalı və rusiyalı politoqlar tərəfindən səsləndirilirdi. Lakin Donald Trampın planı həyata keçmədi. Hətta Trampın hakimiyyətə gəlməsindən bir neçə gün keçməsinə rəğmən müharibə dayanmayıb və yeni raketlər havada uçmağa, insanların canını almağa davam edir. Belə olan halda Donald Trampdan başqa planlar və fəaliyyətlər gözləmək olar. Ancaq həmin planların nədən ibarət olduğunu zaman göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya