
Narışkinin dili niyə “topuq vurub”? - “Rusiyanın taleyi təhlükədə, lakin..” - "Kodlar" açılır...
Yusif Nəzərli
15:52 02.03.2022
Dünya
2784
“Təhlükəsizlik Şurasının sonuncu iclasında xarici kəşfiyyat xidmətinin rəisi S.Narışkin fərqli bir şey demək istədi”
“Putin ona elə reaksiya verdi ki, özünü itirdi, danışdığını da bilmədi. Bəlkə də, əməliyyatın onun istədiyi kimi getməməsinin səbəblərindən biridir”
“Ukraynanın kifayət qədər hərbi gücü var, lakin Rusiyanın qarşısında uzun müddət tab gətirməsi çox mürəkkəbdir”.
Bu barədə “Sherg.az”a Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib. O qeyd edib ki, Qərb dünyası Kremli durdurmaq yox, çökdürmək xəttini seçib:

“Bunun zərbəsi də Ukrayna xalqına dəydi. Ancaq qələbədən sonra Rusiya məqsədinə çatsa, rəsmi Moskvanı ağır, falakətli günlər gözləyir. İndiyə qədər belə sanksiyalar tətbiq olunmayıb. Azadlıq sanksiyaları Rusiya iqtisadiyyatına böyük zərbədir. Bütün istiqamətlərdə ağır sanksiyalar gerçəkləşdirilib.
Kremlin davam gətirməsi qeyri-mümkündür. Hətta Ukrayna istəyinə nail olsa belə, Rusiyanı çətin günlər gözləyir. Dövlətin taleyi ciddi təhlükə altındadır".
Rusiya Prezidenti Vladimir Putinin toplantılarda nümayəndələrlə uzaq məsafədə əyləşməsinin səbəbini açıqlayan təşkilat rəhbər bildirib ki, bu pandemiya ilə bağlıdır:
"V.Putin dövlət rəhbərlərindən görüşəndə də uzaq əyləşir. Ciddi şəkildə səhhətini qoruyur. Almaniya, Fransa rəhbərləri ilə görüşəndə də uzaq məsafədə əyləşmişdi. V.Putinə yanlış məlumatlar verilir.
Bütün hakimiyyəti əlində birləşdirən dövlət başçılarının faciəsidir.
Təhlükəsizlik Şurasının sonuncu iclasında xarici kəşfiyyat xidmətinin rəisi S.Narışkin fərqli bir şey demək istədi. Putin ona elə reaksiya verdi ki, özünü itirdi, danışdığını da bilmədi. Bəlkə də, əməliyyatın onun istədiyi kimi getməməsinin səbəblərindən biridir.
Rusiyanın böyük hərbi gücü var, bu gücü qəddarlıqla reallaşdırır. Qəddarlığın qarşısında Ukrayna ordusunun dayanması qəliz məsələdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Muxtar Məmmədov vəfat etdi
09:50 16.11.2026
Cəmiyyət
Məktəblərdə payız tətili başladı
09:41 16.11.2026
Elm və Təhsil
Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu
08:48 16.11.2026
Cəmiyyət
Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
08:20 16.11.2026
Şou
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm