NATO-nun baş katibi Mark Rutte Danimarka müdafiə naziri Troels Lund Poulsen və Qrenlandiyanın xarici işlər naziri Viviane Motzfeldt ilə görüşəcək.
Teleqraf xəbər verir ki, danışıqlar 19 yanvarda Brüsseldəki NATO qərargahında keçiriləcək.
Xatırladaq ki, Qrenlandiya Danimarka Krallığının bir hissəsidir, lakin 2009-cu ildə özünüidarəetmə imkanı ilə muxtariyyət qazanıb. ABŞ Prezidenti Donald Tramp dəfələrlə adanın ABŞ-nin bir hissəsinə çevrilməli olduğunu bildirib.
Yanvarın 5-də Tramp ölkəsinin milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiya ərazisi üzərində nəzarət yaratmaq planlarını açıqlayıb.