NATO Serbiyaya zərbələri haqlı çıxaran 1999-cu il tarixli brifinq stenoqramını saytdan silib

NATO-nun sabiq mətbuat katibi Ceymi Şinin Serbiyanın mülki infrastrukturuna zərbələri haqlı çıxardığı 25 may 1999-cu il tarixli brifinqin stenoqramı alyansın veb-saytından silib.

Oxu.Az xəbər verir ki, "Wayback Machine" servisinin məlumatlarına görə, sənəd 13 noyabr - 6 dekabr 2025-ci il tarixləri arasında silinib.

Həmin brifinq zamanı alyansın ozamankı mətbuat katibi Ceymi Şi Serbiyanın mülki infrastrukturuna zərbələrə haqq qazandırıb.

"Əgər prezident Miloşeviç həqiqətən bütün xalqının su və elektrik enerjisi ilə təmin olunmasını istəyirsə, onun NATO-nun beş şərtini qəbul etməsi kifayətdir və biz bu kampaniyaya son qoyacağıq. Lakin o bunu edənə qədər biz onun silahlı qüvvələrini elektrik enerjisi ilə təmin edən obyektlərə zərbələr endirməyə davam edəcəyik", - deyə NATO sözçüsü o zaman bildirib.

Eyni zamanda, C.Şi əlavə edib ki, su və elektrik enerjisi olmadan qalan Serbiyanın mülki əhalisi üçün fəsadlar qaçılmazdır. NATO sözçüsü, həmçinin zərbələrə görə məsuliyyəti keçmiş prezident Slobodan Miloşeviçin üzərinə qoyub.