Nə əvvəldir, nə də son...
Yusif Nəzərli
03:39 19.10.2021
Dünya
484
NATO Rusiya qarşıdurması dəfələrlə baş verib, yenə olacaq
Rusiya noyabrın 1-dən NATO-dakı daimi nümayəndəliyinin fəaliyyətini dayandıracaq. Bunu ölkənin Xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib. O, bu qərarın NATO-nun addımlarına cavab olaraq qəbul edildiyini bildirib. Onun sözlərinə görə, NATO Rusiyanın cavab addımları barədə məlumatlandırılıb. Qeyd edək ki, bir neçə gün əvvəl NATO Rusiya nümayəndəliyinin səkkiz əməkdaşının akkreditasiyasını ləvğ etmiş və Rusiya üçün akkreditasiya sayını 10 nəfərədək azaltmışdı.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Şərq”ə açıqlamasında bildirib ki, NATO ilə Rusiya arasında münasibətlər zaman-zaman gərgin olub. Ekspert vurğulayıb ki, sonuncu dəfə onlar arasında münasibətlər 2014-cü ildən etibarən gərginləşməyə başlayıb:
"Bütövlükdə Krımın Rusiyaya birləşdirilməsindən sonra belə bir məsələ oldu. Hər iki tərəf bir-birini ümumiyyətlə, dialoqdan kənar qaçmaqda ittiham edir. Yeri gəlmişkən, Rusiya ilə NATO arasında əsas platforma mərkəzi bilirsiniz ki, Bakıdır. Bakıda müxtəlif qlobal və regional məsələlər müzakirəyə çıxarılırdı. Zaman-zaman da tərəflər, hər iki silahlı bloq bir-biri ilə dil tapmağa məhkum olub. Nüvə başlıqlarıdır, ballistik raketlərdir, bunlarla bağlı tərəflər arasında götürülən öhdəliklər var. Amma ümumilikdə Avropa üzərindən, xüsusilə son Ukrayna proseslərində hər iki tərəf üçün ciddi şəkildə problemlərin olduğu üzə çıxdı. Yenə Avropa üzərindən, xüsusilə də NATO-nun ordakı müttəffiqlərinə Rusiyanın aqressiv davranışı, yaxud Qara dənizə NATO hərbiçilərinin daxil olması, Gürcüstana qədər gəlib burda NATO təlimlərinin keçirilməsi və s. bütün bunlar Rusiyanın qırmızı xətləridir. Dəfələrlə bunu özləri də bəyan edirlər. Qeyd edim ki, Açıq Səmalar Sazişindən ABŞ-ın çıxması Rusiya tərəfindən ilk ciddi həmlə kimi dəyərləndirilirdi. Rusiya tərəfindən qeyd olundu ki, bu həm maraqlar, həm də hərbi balansa ziddir. Ona görə də Rusiya öz növbəsində NATO-ya qarşı müəyyən bir demarş etmək qərarına gəldi".
Ə.Əlibəyli qeyd edib ki, son proseslər onu göstərir ki, tərəflərin bütövlükdə bir-birinə qarşı bu cür münasibətlərini yenə də görəcəyik:
"Yəni münasibətlər nə əvvəldir, nə də sondur. Onlar toqquşma həddinə dəfələrlə gəlib çatıblar və bu baxımdan da noyabrın 1-dəki prosesin başqa bir izahı da bu məsələ ilə əlaqədardır. Hesab edirəm ki, davamlı şəkildə təhdidlər olacaq və davamlı şəkildə də bir-birinin əleyhinə addımlar atacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol