“İsrail ordusu ölkə rəhbərliyindən təhdidlərin qarşısını almaq üçün Livanda sərbəst fəaliyyət göstərmək üçün icazə alıb”.
Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-İran danışıqları fonunda Livanda hərbi əməliyyatların dayandırılması və İsrail qoşunlarının geri çəkilməsi tələbi ilə barədə danışarkən deyib.
“Mənim və müdafiə nazirinin İsrail Müdafiə Qüvvələrinə verdiyimiz əmr aydındır və dəyişməyib: Livanın cənubundakı döyüşçülərimizin özlərinə və ya İsrailin şimalındakı sakinlərə qarşı istənilən təhlükənin qarşısını almaq üçün tam hərəkət azadlığı var. İsrail Müdafiə Qüvvələri üçün bu məsələdə heç bir məhdudiyyət yoxdur. Mən, bütün xalq onları dəstəkləyirik”, - o bildirib.
Netanyahu həmçinin İsrailin qoşunlarını Livan ərazisindən çıxarmaq niyyətində olmadığını bir daha vurğulayıb: “Şimal sakinlərini və ölkənin bütün vətəndaşlarını qorumaq üçün lazım olduğu qədər Livanın cənubundakı təhlükəsizlik zonasında qalacağıq”.
Qeyd edək ki, İsrail qüvvələrinin Livanın cənubundan çıxarılması ilə bağlı ABŞ-İran anlaşma memorandumunda bir bənd var. İran bu bəndin yerinə yetirilməyəcəyi təqdirdə ABŞ ilə anlaşmanın heç bir qüvvəsinin olmayacağını bəyan edib.