Özbəkistan ehtiyatlı davranacaq
Yusif Nəzərli
09:46 07.07.2022
Dünya
553
Rusiya Krımı ilhaq etdiyi kimi Qaraqalpaqıstanı da ilhaq edə biləcəyi mesajını verir
Özbəkistan ərazisinə 5 reaktiv raket düşüb. Bu barədə Rusiya mediası məlumat yayıb. Raketlərin Əfqanıstandan buraxıldığı ehtimal edilir. Raketlərin dağıntı və tələfata səbəb olmadığı deyilir. “Sputnik Tacikistan”ın Əfqanıstanın Bəlx vilayətindəki mənbəsinin məlumatına görə isə raket hücumu Şurtep rayonunun Tokay kəndindən edilib. Prinsip etibarilə, Özbəkistan sərhədində bu tipli insidentlər tez-tez baş verir.
Lakin budəfəki hadisə heç də əvvəlkilər kimi sadə deyil və pərdəarxası məqamları var. Məsələ ondadır ki, atılan mərmilərdən biri həmin ərazidəki futbol meydançasına, digəri isə yaşayış məntəqələrindən kənara düşüb. Yəni məqsəd heç də terror aktı törətmək və ya hansısa obyekti məhv etmək olmayıb. Digər tərəfdən hadisə ilə bağlı hələlik heç bir radikal qruplaşma məsuliyyəti üzərinə götürməyib. Bu, hadisənin heç də terror aktı olmadığını sübut edir. Əfqanıstan tərəfi hadisənin təfərrüatlarını araşdırsa da, verilən ilkin məlumatda deyilir ki, naməlum şəxslər “Suzuki” markalı avtomobilə raketlər quraşdıraraq Özbəkistan tərəfə atıblar. Hadisədən sonra maşının tamamilə yanması və hadisə iştirakçılarının ərazini tərk etməsi də bunun sadə bir hadisə olmadığını göstərir. Açıq görünür ki, hadisəni törədənlər arxalarında iz qoymaq istəmir.
Siyasi şərhçi Turan Rzayev “Şərq”qə bildirib ki, hadisənin baş verdiyi gün Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan lideri Şövkət Mirziyoyev arasında telefon danışığı baş tutub. Analitik bildirib ki, dövlət başçıları aktual məsələləri, o cümlədən ticari-iqtisadi əməkdaşlığı müzakirə ediblər:
“Bundan başqa, Putin Özbəkistan rəhbərliyinin Qaraqalpaqda vəziyyəti sabitləşdirmək səylərini dəstəklədiyini bildirib. Putinin Mirziyoyevə Qaraqalpaqdakı vəziyyətlə bağlı zəng edəcəyi bəlli idi. Bu isə özlüyündə proseslərin Kremlin hazırladığı plan əsasında icra edildiyini sübut edir. Özbəkistan sərhədinə atılan 5 raket və hadisə iştirakçılarının arxalarında iz buraxmaması bu hadisənin Qaraqalpaqıstanda baş verən hadisələr fonunda baş verməsi və nəhayət Putinin Mirziyoyevə zəngi hadisənin Rusiya tərəfindən törədildiyini düşünmək üçün əsaslar yaradır. Kreml bununla rəsmi Daşkəndə bir müddətdir rus mediasında səslənən yazılarda Qaraqalpaqıstanı “Özbəkistanın Krımı” kimi təqdim edib. Yəni Rusiya Krımı ilhaq etdiyi kimi Qaraqalpaqıstanı da ilhaq edə biləcəyi mesajını verir. Prinsip etibarilə, Özbəkistan konstitusiyasında Qaraqalpaq Muxtar Respublikasının referendum yolu ilə müstəqilliyini elan etmək və ya başqa ölkəyə birləşmək səlahiyyəti öz əksini tapıb və son hadisələr də göstərdi ki, Özbəkistan bu səlahiyyəti qaraqalpaqlardan bu tezlikdə ala bilməyəcək”.
Ekspert vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, Özbəkistan rəhbəri Şövkət Mirziyoyevlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında da telefon danışığı olub: “Ərdoğanın Mirziyoyevi təmkinli davranmağa çağırması, Kremllə üz-üzə gəlməməklə bağlı məsləhət verməsi mümkündür. Aydındır ki, Özbəkistan Qaraqalpaq məsələsini uzatsaydı, Rusiya prosesə daha radikal formada müdaxilə edər, Ukraynadakı senari etnik konflikt halında Özbəkistanda cərəyan edərdi. Aydın məsələdir ki, qaraqalpaqlarda məmnuniyyətlə rusları regiona dəvət edərdi. Bu isə türk birliyində çalışan Türkiyə üçün heç də arzuolunan senari deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Tokayevlə danışdı
18:59 27.08.2026
Gündəm
Skott Bessent İranı maliyyə resurslarını xalqa ayırmağa çağırıb
18:35 27.08.2026
Dünya
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya
Bəs dənizin ortasında yosun varsa?
15:53 27.08.2026
Cəmiyyət