Özbəkistan və Qırğızıstan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesinin başa çatmasından sonra iki yaşayış məntəqəsi Qırğızıstanın yurisdiksiyasına keçib.
Sherg.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Askat Alaqozov məlumat verib. Onun sözlərinə görə, əvvəllər Özbəkistanın Fərqanə vilayətinə daxil olan Çonqara və Taş-Tobo kəndləri artıq Qırğızıstanın tərkibinə daxil edilib. Həmin kəndlərdə təxminən 2500 nəfər yaşayır və onların əksəriyyəti etnik qırğızlardır.
Məlumata görə, Özbəkistan və Qırğızıstan arasında sərhədin delimitasiya və demarkasiyası prosesi 2023-cü il yanvarın 27-də yekunlaşıb. Razılaşmaya əsasən, Qırğızıstana 19 min hektar mübahisəli ərazi, Özbəkistana isə 4,5 min hektar torpaq sahəsi verilib.
Bununla yanaşı, Kəmpir-Abad su anbarı üzrə idarəetmənin paritet əsasda həyata keçirilməsi qərara alınıb.
Qeyd olunur ki, kəndlərin verilməsi müqabilində Özbəkistan Batken və Aydarkən şəhərlərini birləşdirəcək avtomobil yolunun tikintisi üçün ekvivalent torpaq sahələri əldə edib.