Son xəbərlər

Pakistan Səudiyyə Ərəbistanına hərbi kontingent göndərəcək

Pakistan Səudiyyə Ərəbistanına hərbi qulluqçulardan ibarət kontingent göndərəcək.

Sherg.az xəbər verir ki, bu barədə Pakistanın hərbi idarəsi məlumat yayıb.

Bildirilib ki, hərbçilər krallığın ərazisində müdafiə sahəsində əməkdaşlıq üzrə mövcud razılaşmalar çərçivəsində müəyyən vəzifələri yerinə yetirəcəklər.

Kontingentin sayı, Səudiyyə Ərəbistanına çatma tarixi və ölkədə qalma müddəti açıqlanmayıb.

Qeyd edək ki, qərar Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanının müdafiə nazirləri və hərbi nümayəndələrinin İslamabadda keçirilən görüşündən iki gün sonra açıqlanıb. Tərəflər 2026-cı ilin avqustunda imzalanmış Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində Ər-Riyada dəstəklərini təsdiqləyiblər. Sazişə əsasən, iştirakçılardan birinə qarşı hücum hər üç ölkəyə qarşı hücum hesab olunur.