Yaxın Şərqdə sülhə nail olmaq üçün diplomatiyadan başqa alternativ yoxdur.
Axar.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi bildirib.
"Pakistan bütün tərəfləri təmkinli olmağa, bölgədə sülh və sabitliyi daha da sarsıda biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırır", - XİN-in bəyanatında vurğulayıb.
İslamabad Vaşinqton və Tehranı anlaşma memorandumunun şərtlərinə bərabər şəkildə riayət etməyə səsləyib.
Qeyd edək ki, ABŞ Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumlara cavab olaraq İran ərazisinə zərbələr endirib. Vaşinqton atəşkəsə riayət etməyəcəyini bəyan etdikdən sonra İran tərəfi danışıqları dayandırıb.