Pakistanın BMT-dəki səfiri: “Ukraynadakı müharibə dünya üçün görünməmiş təhlükə yarada bilər”
Pakistanın BMT-dəki səfiri: “Ukraynadakı müharibə dünya üçün görünməmiş təhlükə yarada bilər”
Yusif Nəzərli
09:52 03.03.2022
Dünya
630
Pakistan BMT-də Rusiyanın hərəkətlərini pisləyən səsvermədə bitərəf qalıb və eskalasiyanı azaltmağa çağırıb.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, Pakistanın BMT-dəki səfiri Munir Əkrəm martın 2-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında çıxış edib. Səfir qeyd edib ki, BMT Baş Assambleyasının Rusiyanın işğalını pisləyən səsverməsində bitərəf mövqe sərgiləyib. Buna baxmayaraq, ölkə Ukraynadakı müharibə ilə bağlı narahatdır:
“Bu, diplomatiyanın uğursuzluğunu əks etdirir”.
M.Əkrəm zorakılığın və insan itkilərinin, eləcə də hərbi, siyasi və iqtisadi gərginliyin daha da artmasının qarşısını almaq üçün bütün səylərin göstərilməsindən bəhs edib:
"Baş verənlər beynəlxalq sülhə, təhlükəsizliyə və qlobal iqtisadi sabitliyə görünməmiş təhlükə yarada bilər”.
Pakistan deeskalasiyanın, yenilənmiş danışıqların, davamlı dialoqun və davamlı diplomatiyanın zəruriliyini dəfələrlə vurğulayıb.
Qeyd edək ki, bu həftənin əvvəlində Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Norveç və Yaponiyanın rəhbərləri birgə məktub yayaraq İslamabadı BMT Baş Assambleyasının xüsusi sessiyasında Rusiyanın işğalını pisləməyə çağırıblar.
Çərşənbə günü Baş Assambleya səs çoxluğu ilə Rusiyanın Ukraynaya təcavüzünə münasibət bildirib. 141 ölkə lehinə, 5 ölkə əleyhinə və Pakistan, Hindistan və Çin də daxil olmaqla 35 ölkə bitərəf qalıb.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
08:20 16.11.2026
Şou
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm