Parlamentari: Azərbaycanla-Küveyt arasında istifadə olunmamış iqtisadi potensial böyükdür
13:41 01.05.2025
Dünya
574
Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirilib.
Bu barədə XİN-dən məlumat verilib.
Azərbaycan Respublikası və Küveyt Dövləti arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üzrə qarşılıqlı öhdəliklər çərçivəsində, bir tərəfdən Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov, digər tərəfdən Küveyt Dövlətinin xarici işlər naziri cənab Abdullah Əli Əl-Yəhyanın sədrliyi və hər iki ölkənin nümayəndələrinin iştirakı ilə Küveyt Dövlətində 30 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası və Küveyt Dövləti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirilib.
Azərbaycan Respublikası və Küveyt Dövləti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının işinin sonunda iclasın təsdiq olunmuş protokolu, ona nəzarət mexanizmləri, onun əlavələri – növbəti iki il üçün müştərək yol xəritəsi imzalanıb. Bu hər iki ölkənin bütün aidiyyəti qurumlarının strateji əməkdaşlıq vasitəsilə müxtəlif sahələrdə fəaliyyətini, eləcə də əməkdaşlıq çərçivəsini, konkret prosedurları və 2025–2027-ci illər üzrə müddəti əhatə edir. Tərəflər, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq müqaviləsini, idman, mədəniyyət və turizm sahələrinə aid bir neçə fəaliyyət proqramını imzalayıblar.
Yekunda, tərəflər Birgə Komissiyanın 4-cü iclasının 2027-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilməsi barədə razılığa gəliblər.
Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a bildirib ki, Azərbaycanla Küveyt arasında diplomatik əlaqələr 1994-cü ildən yaranıb:
"Ölkələrimiz BMT, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra beynəlxalq təşkilatlarda əməkdaşlıq edir. Küveyt həmişə Azərbaycanın mövqeyini dəstəkləyib. Azərbaycan və Küveyt parlamentləri arasında əlaqələr 1997-ci ildən yaranıb. İqtisadi sahədə isə əməkdaşlıqımız o qədər də genişlənməyib. Belə ki, Azərbaycanla Küveyt arasında ticarət dövriyyəsi 1 milyon dollara yaxındır. Azərbaycan-Küveyt arasında keçirilmiş Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası ölkələrimiz arası əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətli olacaq. İclasda Azərbaycanın Küveyt Dövləti ilə əlaqələrin genişləndirilməsində, habelə ümumi prioritetli nailiyyətlərə çevrilməsində maraqlı olduğu bildirilib. Ölkələrimiz arası istifadə olunmamış iqtisadi potensial böyükdür. Azərbaycan ixrac bazarlarının şaxələndirilməsində maraqlıdır. Bu baxımdan Küveytlə iqtisadi əlaqələrimizin dərinləşməsi qeyri-neft məhsullarımızın Küveyt bazarına çıxarılmasına imkan yardacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm