Peskov Zelenskinin Rusiyaya cavab açıqlamasını “eskalasiya üslubu” adlandırıb

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın enerji infrastrukturuna zərbələrinə cavab veriləcəyi barədə sözlərini şərh edib.

Sherg.az RİA “Novosti”yə istinadən xəbər verir ki, Peskov Zelenskinin açıqlamasını “eskalasiya üslubunda yeni bəyanat” kimi qiymətləndirib.

Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Rusiyaya və onun iqtisadiyyatına sarsıdıcı zərbələr endirilməsi ilə bağlı 40 günlük plandan dəfələrlə danışıb və bunu “əhəmiyyətli eskalasiya addımı” adlandırıb.