Petr Pavel: ABŞ olmadan Ukraynadakı müharibənin həlli mümkün deyil

Ukrayna müharibənin başa çatması üçün “ağrılı güzəştlərə” getməli olacaq və Kiyev bu addıma hazırdır.

APA “RBK-Ukraine”ə istinadən xəbər verir ki, bu barədə Çex Respublikasının Prezidenti Petr Pavel Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Ukrayna həll yoluna çatmaq üçün artıq mühüm addımlar atıb.

Petr Pavel qeyd edib ki, “Rusiyanın təcavüzünə qarşı mübarizədə ABŞ mühüm rol oynamalıdır və Avropa İttifaqı bu prosesdən kənarda qala bilməz”.

“Təəssüf ki, acı həqiqət ondan ibarətdir ki, ABŞ olmadan Ukraynadakı müharibə məsələsinin həlli mümkün deyil. ABŞ-ın burada əsas rol oynaması Avropa üçün ağrılıdır. Lakin bu, Avropanın və Avropa ölkələrinin bu səylərdən kənarda qalmalı olduğu anlamına gəlmir”, – Petr Pavel əlavə edib.