PKK Türkiyəyə qarşı məkrli plan hazırlayır - Qazançı
11:19 07.03.2021
Dünya
400
İraq Türkman Cəbhəsi İdarə Heyətinin üzvü Hicran Qazançı PKK tərəfindən Türkiyəyə qarşı məkrli planın hazırlandığını bildirib.
Sherg.az publika.az-a istinadla xəbər verir ki, H.Qazançının dediklərinə görə, Sincarda olan 2500 PKK terrorçusuna təlim keçiriləcək və təlim dərsləri əsnasında pilotsuz uçuş aparatları sistemindəki məlumatlar da onlara öyrədiləcək.
"Əvvəlcə Sincardakı 2500 PKK terrorçusuna bir sıra təlimlər keçiriləcək, sonra isə müasir mərmilər və PUA sistemləri ilə texnologiya müharibəsi bilgisi alacaqlar. ABŞ-ın 2015-ci ildən bəri təkbaşına həyata keçirdiyi yeni dizayn işi hərbi olaraq NATO-ya ötürülür. İraq və Suriya üçün isə yeni bir dövr başlayır", - Qazançı qeyd edib.
Digər tərəfdən, NATO Baş katibi Yens Stoltenberq İraqdakı əsgər sayını artıraraq 500-dən 4 minə çatdıracaqlarını açıqlayıb. Stoltenberqin verdiyi açıqlamada İraq ordusu ilə birlikdə "məhəlli və ya lokal" qüvvələrin hazırlanmasına və təchiz edilməsinə işarə edilib. H.Qazançı NATO-nun heyətartırma qərarının yaxın gələcəkdə başlayacaq yeni proqram olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm