“Rusiya Ukrayna ilə bağlı real sülh danışıqları və müharibənin dayandırılmasına hazır deyil. Kreml ABŞ-yə yalan danışır və resurslar toplamağa davam edir”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
“Rusiyanın bu günkü taktikası ABŞ-yə yalan danışmaq, nəyisə vəd etmək, Çindən tədarüklər hesabına resurs toplamaqdır. İqtisadi komponenti nəzərdə tuturam. Təbii ki, hərbi komponent də mövcuddur, bu, Şimali Koreyadır”, - o bildirib.
Podolyak əlavə edib ki, hava şəraitindən istifadə edən Rusiya Ukraynanın mülki əhalisinə hücumlarını davam etdirir, paralel olaraq Avropa ölkələrinə siyasi təzyiq göstərir.