Politoloq: Tramp Rusiyanın işğalına bəraət qazandırmaqla Ukraynaya təzyiq nümayiş etdirir
13:01 30.04.2025
Dünya
399
Rusiya Prezidenti Vladimir Putin mənə görə bütün Ukraynanı ələ keçirməyəcək.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“(Putin) Mənə hörmət edir, inanıram ki, mənə görə bütün Ukraynanı ələ keçirməyəcək. Onun qərarı bütün Ukraynanı ələ keçirmək idi”, - Amerika lideri bildirib.
Tramp həmçinin Putinin Ukrayna şəhərlərinə raket atdığını görəndə sevinmədiyini iddia edib.
Politoloq Oqtay Qasımov Sherg.az-a söyləyib ki, Donald Trampın müharibə ilə bağlı mövqeyi əslində ona yönəlib ki, Ukraynanın ərazi bütövlüyünün pozulması hesabına olsa da, Rusiyanın bir çox tələblərini yerinə yetirməklə savaş dayandırılsın:
"Bununla da Vaşinqton ABŞ-nin Rusiya ilə bir çox sahələrdə əməkdaşlığına start verilməsində maraqlıdır. Məhz Tramp Putinin ona görə Ukraynanın tamamının ələ keçirilməməyi söyləməklə bu fikri aşılamağa çalışır ki, guya o olmasa, Rusiya bütün Ukraynanı işğal edə bilər. Faktiki olaraq Ağ Evin sahibi Rusiyanın işğalına bəraət qazandırmaqla Ukraynaya təzyiq nümayiş etdirir. Həmçinin bütün bunlar Ukraynanın ərazi güzəştlərinə getməsi üçün bildirilir. Bir müddət öncə Tramp Krımın Rusiyaya verilməsi ilə bağlı fikirlər səsləndirmişdi. Eyni zamanda bu münaqişə ilə bağlı keçmiş ABŞ Prezidentlərini də günahlandırmışdı. Lakin nəzərə almaq lazımdır ki, 2018-ci ildə ABŞ Donald Trampın hakimiyyət dönəmində Krımın işğal və ilhaqına görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib".
Politoloqun sözlərinə görə, ümumiyyətlə ABŞ Prezidentinin fikirləri bütün dünyada özünə bəraət qazandırmaq və Ukraynanı təzyiq altında qoymaqla irəli sürülən şərtləri qəbul etməyə xidmət göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demet Akalına toxunan şəxsə şillə!
07:17 19.09.2026
Şou
Araqdan beyində degenerasiya baş verir
06:42 19.09.2026
Sağlamlıq
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət