Putin artıq nə edəcəyini bilmir
Putin artıq nə edəcəyini bilmir
Yusif Nəzərli
03:38 13.04.2022
Dünya
891
Kiyev bu məqamdan sonra Rusiyaya heç bir ciddi güzəştə getməyəcək
Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə Ukrayna ilə aparılan müharibədən danışıb. Ukrayna ərazisində aparılan hərbi əməliyyatlara haqq qazandıran Kreml rəhbəri Moskvanın öz məqsəd və hədəflərinin mütləq yerinə yetiriləcəyini bildirib. O, Rusiya Ordusunun Ukraynada cəsarətli fəaliyyət göstərdiyini qeyd edib:
“Ukraynada yetişdirilən antirusiya qüvvələrlə toqquşma qaçılmaz idi, bu, sadəcə vaxt məsələsi idi”. Putin Ukraynadakı xüsusi əməliyyatı düzgün addım adlandırıb: “Ukraynadakı xüsusi əməliyyat düzgün addımdır. Başqa seçimimiz yox idi. Məqsədimizə nail olacağıq”. Putin Kiyevin Minsk razılaşmalarının icrasından açıq şəkildə imtina etdiyini xatırladıb. Rusiya rəhbəri müasir dünyada Qərbin Rusiyanı təcrid edə bilməyəcəyini diqqətə çatdırıb.
Putinin açıqlamasını “Şərq”ə dəyərləndirən politoloq Azər Qasımov deyib ki, Kreml başçısının sərt ritorikası özünə təsəlli verməkdən başqa bir şey deyil. Analitikin fikrincə, Rusiya Ukraynaya hücum etdiyi gün məğlub olmuşdu:
“Heç bir sağlam düşüncəli dövlət başçısı bu səhvi etməzdi. Ancaq Putin buna getdi. Qərbi günahlandırmaq avtoritar rejimlərin adətidir. Müharibənin bu dövründən sonra böyük itkilər hesabına da olsa, kiçik “qələbə” Putinə hava-su kimi lazımdır.
Onun “məqsədimizə nail olacağıq” ifadəsi təkcə Ukrayna və Rusiya xalqları deyil, dünya üçün təhlükəsizliyin təhdid edilməsi anlamına gəlir. Putin sözün həqiqi mənasında artıq nə edəcəyini bilmir. Onun istəkləri reallıq ilə üst-üstə düşmür. Kütləvi qırğınlar hesabına da olsa öz ambisiyalarını yerinə yetirməyə cəhd göstərir.
Hesab edirəm, Kiyev bu məqamdan sonra Rusiyaya heç bir ciddi güzəştə getməyəcək. Əksinə, Ukrayna hökuməti öz tələblərində daha israrlı olduğunu ortaya qoyacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət