Putin dünyaya mesaj verdi! – “Nüvədən istifadə etməyəcəyimi...”
Yusif Nəzərli
14:51 03.10.2022
Dünya
631
“Vladimir Putin saxta referondumdan öncə nüvə silahının istifadəsindən bəhs etmişdi. Bu onun Ukraynanın 4 vilayətinin Rusiyaya birləşdilməsinə görə dünyanın riskə getməməsinə dair üstüörtülü çağırışı idi”.
Bunu “Sherg.az”a açıqlamasında Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Rüsiyanın dünyanı Nüvə silahı ilə hədələməsinə münasibət bildirərkən deyib:
O bildirib ki, qlobal güclər də bu məsələdə risk etmək niyyətində deyil:
“Referendum”un üzərindən 5 gün keçməsinə baxmayaraq NATO və onun səviyyəsindəki qurumlardan gözlənilən reaksiya gəlmədi. Onlar yalnız söz yığınından ibarət açıqlama verdilər. Rusiya prezidentinin çıxışının ardından, hər kəs NATO-nun brifinqini gözləyirdi. Lakin brifinqdə NATO-nun baş katibi Yens Stoltenberqin malalamasından başqa mövqe ortaya çıxmadı. Nüvəni işə salmaq isə çox çətin prosedurdur. Hər bir ölkə bu silahdan istifadənin nə qədər təhlükəli olduğunu yaxşı bilir. Putin Rusiyası da atomdan istifadənin dünyanı üzərinə qaldırmaq olduğunu dərk edir.
Onun reaksiyaları yalnız önləyici tədbir idi. Rusiya rəhbərinin çıxışındakı bir məqam diqqət çəkirdi. O qeyd etmişdi ki Atom silahından ilk dəfə 1945-ci ildə ABŞ Yaponiyaya qarşı istifadə edib. Bununla o dünyaya mesaj ünvanlayırdı ki, ilk dəfə siz istifadə etmisiz və mənim də istifadə etməyəcəyimi heç kəs iddia edə bilməz”.
Ekspertin sözlərinə görə, nüvə silahı Qərb və Avropa Ukraynaya canlı qüvvə gödərəcəyi təqdirdə atıla bilər:
“Putin yaxşı bilir ki, Ukrayna məğlubiyyəti ona Qəddafinin aqibətini yaşada bilər. Bu mənada kiçik də olsa, qələbə qazanmaq niyyətindədir. Bu qələbəni isə saxta referendumla 4 vilayəti Rusiyaya birləşdirməkdə görür. Bu ilhaqı da Kreml üçün uğur hesab etmək olar. Lakin hazırda rəsmi Moskva əlindəki ən güclü silahdan, yəni neft və qazdan istifadə etməyi düşünür. Çünki qarşıdan sərt qış fəsli gəlir və bu qazın dəyərini daha da artırır. Qərb isə Kremli Jirinovski dövrünə qaytarmaq istəyir.
Amma bu, dönəmində bu mümkünsüz görünür. Yaxın zamanlarda isə atomdan istifadənin mümkünlüyünü düşünmürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi