Putin görüşə gəlməkdən imtina etdi - Trampın bəhanəsi bu oldu
Yusif Nəzərli
07:30 16.05.2025
Dünya
357
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı məyus etməkdə davam edir. Bunu Rusiya liderinin mayın 15-də İstanbulda mümkün görüşə gəlməməsi sübut edir.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
ABŞ prezidenti rusiyalı həmkarının danışıqlarda iştirak etməməsini onunla əsaslandırmağa çalışıb ki, guya o, İstanbula gəlsəydi, Putin də gələcəkdi. Ardınca deyib ki, Putinlə o, görüşməyənə qədər heç nə olmayacaq.
WSJ qeyd edir ki, İstanbulda görüşün təşəbbüskarı Putin olub, Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən onunla razılaşmağı istəyib.
Amerika nəşrinin fikrincə, Putinin gəlməkdən imtina etməsi onun müharibəni bitirməkdə ciddi olmadığının daha bir sübutudur:
“Rusiya lideri sülhdə maraqlı deyil, çünki Ukraynanın yeni ərazilərini işğal edəcəyinə ümid edir, həm də bilir ki, Ukrayna bir neçə həftəyə ABŞ-dən aldığı sursatları tükəndirəcək”.
Putin hərbi əməliyyatları davam etdirərkən sülhdən nə qədər çox danışırsa, Tramp bir o qədər pis görünür, bu, onu Kremlə yalvaran biri kimi göstərir”.
WSJ yazır ki, sülhə aparan ən yaxşı yol Moskvaya təzyiqin artırılması, o cümlədən ABŞ-nin Rusiya neftini alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyaları ola bilər. ABŞ Maliyyə Nazirliyinin keçmiş baş iqtisadçısı Erik van Nostrand hesab edir ki, Rusiya neftinin dörddə birinin bazardan çıxarılması Kremlin neft gəlirlərini 20 faiz azaldacaq.
Nəşrin yazdığına görə, Putindən məyus olan Tramp Ukraynaya hərbi yardımı dəstəkləyə və artıra bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Asif Nərimanlı
19:17 06.07.2026
Cənubi Qafqaz
Səudiyyə Ərəbistanı neftin qiymətini endirdi
19:10 06.07.2026
İqtisadiyyat
Cəlilabadda heyvanlar kütləvi qırılır
19:02 06.07.2026
Hadisə
Tramp FİFA-ya zəng etdi
18:53 06.07.2026
Futbol
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
18:51 06.07.2026
Ölkə
Quran siyasət kitabı deyil- DİNŞÜNAS
18:46 06.07.2026
Siyasət
Valideynlər uşaqlara nümunə olmalıdır - Psixoloqdan XƏBƏRDARLIQ
18:21 06.07.2026
Cəmiyyət
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol