Putin ictimai nəqliyyatda süni intellektdən daha geniş istifadə etməyə çağırıb

Rusiya Prezidenti Vladimir Putin ictimai nəqliyyatın səmərəliliyinin artırılması üçün süni intellekt imkanlarından daha fəal istifadə etməyə çağırıb.

Sherg.az xəbər verir ki, Putin, Rusiyada ictimai nəqliyyat sahəsində hələ də kifayət qədər problemlərin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, nəqliyyat vasitələri parkının yenilənməsi vətəndaşlara rahat xidmət göstərilməsinə zəmanət vermir.

Prezident vurğulayıb ki, ictimai nəqliyyatdan istifadə əlçatan və təhlükəsiz olaraq qalmalıdır.