Putin iki oğlunu gizlədirdi: ABŞ mediası üzə çıxardı

Rusiyanın dövlət başçısı Vladimir Putinin “gizli uşaqları” olduğu iddia edilən 10 yaşlı Ivan və 6 yaşlı Vladimirin foto və videoları ABŞ mediası tərəfindən yayımlanıb. Kremlin başçısı oğullarını “ölüm təhlükəsindən qorumaq” üçün ictimaiyyətdən gizləyirmiş.

Sherg.az xəbər verir ki, ABŞ mətbuatı “The Post”un məlumatına görə, Putinin oğulları valideynləri kimi gimnastika üzrə təhsil alır. Yeni yayılan görüntülərdə uşaqlar keçmiş Olimpiya çempionu Alina Kabaeva tərəfindən təşkil olunan gimnastika tədbirində iştirak edir.

Fotolarda 10 yaşlı Ivanın Olimpiya çempionları Aleksei Nemov, Evgeniya Kanaeva və Taghir Khaibulaevdən öyrəndiyi gimnastika hərəkətlərini nümayiş etdirdiyi göstərilib. Məlumata görə, görüntülər bu ilin yanvar ayında çəkilib və Kabaeva akademiyasında ulduz idmançıların övladları üçün ustalıq dərsləri keçirilmişdir.

Uşaqlar Valdai, Moskva yaxınlığında yerləşən yüksək təhlükəsizlikli meşə kompleksində yaşayır. Onların soyadı “Spiridonov” olaraq dəyişdirilib və turnirlərdə bu soyadla iştirak ediblər. Anti-Kremlin Telegram kanalı “VChK-OGPU” apreldə Ivanın şəkillərini paylaşaraq onu “Rusiyanın ən tənha uşağı” adlandırmışdı.

Məlumatda həmçinin uşaqların müxtəlif gimnastika və döyüş sənətləri tədbirlərində komandaları ilə birgə iştirak etdiyi və mükafat qazandığı qeyd olunub. Kabaeva və uşaqlara dair bütün məlumatların dövlət bazalarından silindiyi və ətrafın yüksək təhlükəsizliklə qorunduğu bildirilib.