Rusiya İstanbulda əldə edilən razılaşmalar əsasında Ukrayna ilə sülh danışıqlarına hazırdır.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşdə bildirib.
"Rusiya dəfələrlə bildirildiyi kimi, İstanbulda əldə edilən razılaşmalar əsasında Ukrayna ilə sülh danışıqlarına hazırdır. Xatırlatmaq istəyirəm ki, həmin razılaşmalar Ukrayna nümayəndə heyəti tərəfindən paraflanıb" - Putin bildirib.