Rusiya xüsusi hərbi əməliyyatı məntiqi sonluğuna çatdıracaq.
APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İnsan Hüquqları Şurasının iclasında bildirib: "Biz, şübhəsiz ki, bu işi məntiqi sonluğuna, xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunmasına qədər çatdıracağıq".
O, həmçinin vurğulayıb ki, Ukraynadan geri alınan ərazilər vacibdir: “Bu torpaqlar həmişə Rusiyanın bir hissəsi olub, bizim tarixi ərazimizdir".