Qətər ABŞ-dən 200 milyard dollarlıq təyyarə sifariş etdi
Yusif Nəzərli
15:23 14.05.2025
Dünya
278
ABŞ Prezidenti Donald Tramp Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşündə Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli yollarını və regional təhlükəsizlik məsələlərini müzakirə edib.
Teleqraf xəbər verir ki, Tramp görüşdən sonra jurnalistlərə açıqlamasında deyib: "Bir neçə saatlıq çox maraqlı söhbət oldu. Biz dünyanı müzakirə etdik. Sizin bir çox cəhətdən, çox kömək etdiyiniz Rusiya və Ukraynanı müzakirə etdik. Maraqlı vəziyyətin yarandığı İranı da müzakirə etdik. Mən hiss edirəm ki, hər şey bu və ya digər şəkildə düzələcək", - deyə Tramp bildirib.
Tramp, həmçinin qeyd edib ki, Qətər ABŞ-ın “Boeing” şirkətindən ümumi dəyəri 200 milyard dollar olan 160-dan çox təyyarə sifariş edib: "Bu, Boeing tarixində təyyarələr üçün ən böyük sifarişdir".
Görüş çərçivəsində tərəflər arasında hərbi sahədə də bir sıra ikitərəfli sazişlər imzalanıb. Bu razılaşmaların regionda təhlükəsizlik əməkdaşlığını daha da dərinləşdirəcəyi bildirilir.
Qətər Ukrayna böhranı başlayandan bəri neytral vasitəçi mövqeyi ilə çıxış edərək, həm Rusiya, həm də Qərb ölkələri ilə dialoqu davam etdirir. Trampın bu görüşdə Qətərin vasitəçilik rolunu önə çəkməsi, münaqişənin diplomatik yolla həllinə ümidin hələ də aktuallığını göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya