
Qəzzada müharibəyə son: Səudiyyənin Tramp üzərindən yeni sülh planı -RƏY
11:34 12.05.2025
Dünya
536
ABŞ Prezidenti Donald Trampın bu həftənin sonunda Səudiyyə Ərəbistanına səfəri zamanı Ər-Riyad onu Fələstin dövlətinin yaradılması, Qəzzada müharibəyə son qoyulması və İsraillə ərəb ölkələri arasında əlaqələrin normallaşdırılması ilə bağlı regional paket sazişinə cəlb etməyə çalışacaq.
Bu barədə “Times of Israel” mənbələrə istinadla məlumat yayıb. İsrail nəşri Səudiyyə kral ailəsinin adı açıqlanmayan rəsmisinə istinadla yazır ki, Ər-Riyadda Trampın belə bir razılaşmanı dəstəkləməyə inandırılacağına dair böyük nikbinlik var. Nəşrə danışan rəsmi qeyd edib ki, bəzi təfərrüatlar dəyişdirilə bilər, amma Fələstin dövlətinin tanınması və Qəzzada müharibənin dayandırılması Ər-Riyad üçün dəyişdirilməsi mümkün olmayan komponentlərdir.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Donald Trampın Səudiyyə Ərəbistanına səfəri həm strateji, həm də diplomatik mənada çox mühüm bir hadisədir:

“Bu səfər ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin daha da güclənməsi, eləcə də regiondakı güc balansının dəyişdirilməsi məqsədi daşıyır. Səudiyyə Ərəbistanı ərəb dünyasında liderliyini qorumaq və həmçinin ABŞ-ın dəstəyini qazanmaq üçün bu səfəri əhəmiyyətli bir fürsət kimi dəyərləndirir. Trampın səfəri zamanı əldə ediləcək hər hansı bir razılaşma siyasi, iqtisadi baxımdan Səudiyyə Ərəbistanı üçün mühüm nəticələr doğura bilər. Ər-Riyadın Trampı Fələstin dövlətinin yaradılması və Qəzzadakı müharibənin sona yetirilməsi kimi məsələlərə cəlbetmə istəyi regionda sülh və stabillik üçün uzunmüddətli hədəfləri əks etdirir. Səudiyyə Ərəbistanı Fələstin məsələsini hər zaman öz xarici siyasətinin mərkəzində tutur. Onlar Fələstin dövlətinin tanınmasını regiondakı digər ərəb ölkələrinin dəstəyi ilə mübahisəsiz bir əsas şərt olaraq görürlər. Trampın bu məsələdə razılaşmağa inandırılması həm Səudiyyə Ərəbistanının daxili prestijini artıracaq, həm də ərəb dünyasında liderlik nüfuzunu gücləndirəcək.
Ekspert qeyd edib ki, Qəzzadakı müharibəyə son qoyulması məsələsi Səudiyyə Ərəbistanı üçün daxili və xarici siyasətdə kritik əhəmiyyət kəsb edir:
“Qəzzada davam edən münaqişə təkcə regionda deyil, ümumiyyətlə dünya səhnəsində sabitliyi təhdid edən bir faktordur. Bu müharibə həm Səudiyyə Ərəbistanının iqtisadi və siyasi maraqlarını, həm də ərəb ölkələrinin ümumi təhlükəsizlik maraqlarını zədələyir. Trampın bu məsələdə Səudiyyə Ərəbistanı ilə həmfikir olması münaqişənin sona çatdırılması ilə bağlı konkret addımların atılmasına səbəb ola bilər. İsraillə ərəb ölkələri arasında əlaqələrin normallaşması Səudiyyə Ərəbistanı üçün uzunmüddətli strateji məqsədləri əks etdirir. Səudiyyə Ərəbistanı İsraillə əlaqələri normallaşdıraraq regional güc balansını öz xeyrinə dəyişdirmək, ABŞ ilə müttəfiqliyini daha da gücləndirmək istəyir. Lakin, bu prosesin müsbət nəticə verməsi üçün Fələstin məsələsinin həlli hələ də əsas prioritet olaraq qalır. Səudiyyə Ərəbistanı, bu məsələnin həlli olmadan İsraillə hər hansı bir diplomatik əlaqənin qurulmasının ərəb dünyasında ciddi narazılıqlara səbəb olacağını bilir. Buna görə də, İsraillə əlaqələrin normallaşması yalnız Fələstin dövlətinin tanınması və Qəzzada müharibənin sona yetirilməsi ilə mümkün ola bilər. Nəticə etibarilə, Trampın Səudiyyə Ərəbistanına səfəri regiondakı güc balansının və diplomatik münasibətlərin gələcəyini formalaşdıracaq. Səudiyyə Ərəbistanı həm ABŞ ilə, həm də digər ərəb dövlətləri ilə əlaqələrini gücləndirmək, həmçinin Fələstin məsələsində daha fəal bir mövqe tutmaq istəyir. Bu səfər Səudiyyə Ərəbistanının regional və qlobal nüfuzunu artıracaq, həm də ABŞ ilə daha yaxın əlaqələrin qurulmasına şərait yaradacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm