Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb
Yusif Nəzərli
08:54 26.11.2021
Dünya
313
Qırğızıstanda hakimiyyəti zorla ələ keçirmək cəhdinin qarşısı alınıb. Bu barədə respublikanın Milli Təhlükəsizlik Komitəsinin Mətbuat Mərkəzi məlumat yayıb.
Qeyd edilir ki, Milli Təhlükəsizlik Dövlət Komitəsi və Daxili İşlər Nazirliyi tərəfindən “Qarşıdan gələn parlament seçkilərinin təhlükəsizliyinin təmin edilməsi” istiqamətində həyata keçirilən işlər zamanı bir qrup şəxsin “sabitliyi pozmaq üçün seçkilərdən dərhal sonra ölkədəki ictimai-siyasi vəziyyəti gərginləşdirmək, ardınca hakimiyyətin zorakılıqla ələ keçirilməsi ilə bağlı təxribatlar təşkil etməyi planlaşdırması” barədə məlumat əldə edilib. Artıq faktla bağlı Cinayət Məcəlləsinin “Hakimiyyəti zorakılıqla ələ keçirməyə hazırlıq” maddəsi ilə ibtidai istintaqa başlanılıb.
“Müəyyən destruktiv siyasi qüvvələrin, o cümlədən Joqorku Keneşin (Ali Şura) deputatları və keçmiş yüksək vəzifəli şəxslərin rəhbərlik etdiyi bir qrup şəxsin cinayətkar fəaliyyətinin təkzibolunmaz sübutları əldə edilib”, - mesajda deyilir.
Adları və soyadları hələ açıqlanmayan şübhəlilər parlament seçkilərinin nəticələrinin açıqlanmasından sonra “müəyyən siyasi qüvvələrin, o cümlədən seçkilərdə uduzanların dəstəyinə arxalanaraq” Bişkek ərazisində kütləvi etiraz aksiyaları təşkil etməyi planlaşdırıblar. Onlar həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşma törətmək niyyətində olublar.
Mənbə: TASS
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm